AZ

Qadın soyunaraq polisə müqavimət göstərdi

Dünən günorta saatlarında İstanbulda metro stansiyasında şəxsiyyət vəsiqəsini yoxlayan polislər keniyalı qadını saxlayıb. Lakin yaşayış icazəsinin müddəti bitən və pasportu olmayan qadın polislə mübahisə etməyə başlayıb.

News24.az xəbər verir ki, bu zaman qadın saxlanılmamaq üçün soyunmağa başlayıb. Alt paltarında qalan qadına onu örtmək üçün yorğanla qadın polislər müdaxilə edib.

Qadın saxlanılmağa hazırlaşarkən metro stansiyasında iki nəfər həmin anları lentə almağa başlayıb. Polisi təhqir edən iki nəfər xəbərdarlıqlara baxmayaraq icazəsiz çəkiliş aparmağa davam edərkən polis tərəfindən saxlanılıb.

Pasportu olmayan və yaşayış icazəsinin müddəti bitən qadının polis bölməsində ifadəsi alındıqdan və məhkəmə prosedurları tamamlandıqdan sonra deportasiya mərkəzinə göndərilib.

Qeyd edək ki, qadın onu icazəsiz lentə alan iki nəfərdən də şikayət edib. Saxlanılan şübhəlilərin müxtəlif cinayətlərə dair 12 qeydinin olduğu da məlum olub. Şəxslərin ədliyyəyə sövq ediləcəyi öyrənilib.

Günel Məlikzadə


Seçilən
10
Mənbələr
Şərh ()
Bağla