AZ

Son çempion iki əcnəbi voleybolçu ilə yollarını ayırıb

Son

Bakı, 29 aprel, AZƏRTAC

Qadın voleybolçulardan ibarət “Azərreyl” komandası iki oyunçusu ilə yollarını ayırıb.

Bu barədə AZƏRTAC-a “dəmiryolçular”ın baş məşqçisi Cengiz Akarçeşmə məlumat verib.

Türkiyəli mütəxəssis bildirib ki, libero mövqeyində çıxış edən tailandlı Piyanot Pannoy və dominikanlı blokçu Cineri Martinez Bakı klubu tərk ediblər.

Onun sözlərinə görə, P. Pannoy ABŞ, C. Martinez isə Çin komandalarından biri ilə anlaşıb.

Qeyd edək ki, “Azərreyl” Yüksək Liqanın finalında “Abşeron”a 3:1 hesabı ilə qalib gələrək qızıl medallara sahib çıxıb.

 

Seçilən
8
1
Mənbələr
Şərh ()
Bağla