AZ

Ərəb ölkələri tərəfləri Qəzzada atəşkəsə çağırır

Ərəb ölkələri Ər-Riyadda keçirdikləri toplantıda Qəzza üçün atəşkəs çağırışlarını təzələyiblər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu görüşlə bağlı Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən açıqlama verilib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanın sədrliyi ilə altı ərəb ölkəsi İsrailin Qəzza zolağına hücumları ilə bağlı baş verənləri müzakirə edib.

Görüşdə Misirin xarici işlər naziri Samih Şükri və iordaniyalı həmkarı Ayman əl-Safedi, həmçinin Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin baş katibi Hüseyn əl-Şeyx, BƏƏ prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın diplomatik müşaviri Ənvər Qarqaş və Qətər hökumətinin xarici işlər üzrə müşaviri Məhəmməd bin Əbdüləziz əl-Hüleyfi iştirak edib.

Bəyanatda Qəzza zolağında müharibənin dayandırılması, dərhal və tam atəşkəsin təmin edilməsi və beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki şəxslərin müdafiəsinin təmin edilməsinin zəruriliyi vurğulanıb.

Ayşən
Seçilən
37
Mənbələr
Şərh ()
Bağla