AZ

Kapitan: “Çempion olub Premyer Liqaya gəlmək istəyirik”

“Mövsümün əvvəlində hədəf çempionluq idi. Hazırda da bundan uzaq deyilik. Hələ də çempionluq şanslarımız var. Komandada hər kəs buna inanır. Hədəfimizə çatmaq üçün sona qədər mübarizə aparacağıq”.

Bu sözləri İdmanxeber.az saytına “Şamaxı”nın kapitanı Emin Zamanov bölgə klubunun hazırkı durumu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

Premyer Liqada komanda sayının artırılması çox yaxşı olar. Ümid edirik ki, belə olacaq. Lakin hazırda bu barədə düşünmürük. Önümüzdəki 4 vacib oyunu qazanmalıyıq. Çempion olub Premyer Liqaya gəlmək istəyirik.

Komadamızda elitada çıxış etmiş təcrübəli futbolçular var. Gənc oyunçularımız Premyer Liqada forma geyinə biləcək potensialdadır. Əgər elitaya yüksəlsək, hamının oynamaq şansı olacaq. Hər kəs bunun fərqindədir. Heyətin dəyişəcəyi ilə bağlı komandada heç bir narahatçılıq yoxdur. Özümün də Premyer Liqada təcrübəm var. Rahatlıqla orada oynaya bilərəm”.

Xatırladaq ki, “Şamaxı” klubu Azərbaycan I Liqasında 45 xalla 3-cü sıradadır. Komanda lider “Qaradağ Lökbatan”dan 4 xal geridə qalır.

Həsən Quluzadə

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla