AZ

Robert Koçaryanın əmlakı müsadirə oluna bilər

Ermənistan Baş Prokurorluğu məhkəmədən ölkənin ikinci prezidenti Robert Koçaryanın və Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyanın onlarla daşınmaz əmlak və yüz milyonlarla dollar dəyərində vəsaitinin mənşəyini qanunsuz hesab edərək, müsadirə olunmasını tələb edib.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunları Ermənistanın Baş prokuroru Anna Vardapetyan deyib.“Prokurorluq Koçaryanın və onunla əlaqəli olan 7 nəfərin 25 daşınmaz əmlakını, ikinci prezidentə məxsus 5 nəqliyyat vasitəsini və 4 milyon dollarlıq səhmlərini müsadirə etmək istəyir”, - Vardapetyan bildirib.Vardapetyan, həmçinin deyib ki,  qurum Çarukyan və ona bağlı şəxslərdən isə 79 ədəd daşınmaz əmlakın və 42 nəqliyyat vasitəsinin müsadirə olunmasını tələb edib.

Seçilən
45
4
Mənbələr
Şərh ()
Bağla