AZ

"Networking Azerbaijan" Biznes Klubunun növbəti "100% Networking Day" adlı tədbiri keçirilib

"Networking Azerbaijan" Biznes Klubunun növbəti "100% Networking Day" adlı tədbiri keçirilib

16 aprel 2024 tarixində "Networking Azerbaijan" Biznes Klubunun növbəti "100% Networking Day" adlı tədbiri keçirilib. Dövlət qurumlarının nümayəndələrinin, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilmiş tədbirin məqsədi
sahibkarlar arasında biznes əlaqələrinin yaradılması və genişləndirilməsi olub.
Tədbirdə çıxış edən Sahibkarlığın İnkişaf Fondunun idarə heyətinin sədri Osman Xaliyev və "Huner Group" təsisçi və direktoru Ehtiram
Quliyev sahibkarlar arasında şəbəkələşmənin əhəmiyyəti, bu sahədə fəaliyyətləri və dəstəkləri barədə məlumat verdilər. Qeyd edilib ki,
netvörkinq bizneslərin yeni əlaqələr qurması, əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi baxımından önəmlidir.

Tədbirin sponsorları "Tarz mebel" şirkətinin təsisçisi Könül Əsədova və "Smart System" şirkətinin təsisçisi Elmin Sadıqov fəaliyyət və
xidmətləri bəradə çıxıb ediblər.

Güclü bir şəbəkə ilə əhatə olunan sahibkarlar daimi dəyişən mühiti izləmək və mövcud biznes ehtiyaclarını qarşılamaq üçün əhəmiyyətli mövqeyə sahib olurlar.
Müxtəlif sektordan sahibkarların iştirakı ilə keçirilən tədbir zamanı maraqlı tərəflər arasında işgüzar əlaqələrin qurulması təmin edilib.

Web: www.networking.az

Instagram: Networking.Azerbaijan

Facebook: Networking Azerbaijan

Seçilən
69
2
Mənbələr
Şərh ()
Bağla