AZ

Keniyada sel fəlakəti: Son bir ayda 100 nəfərdən çox adam ölüb

Keniyada sel fəlakəti baş verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Keniyanın Mai Mahiu bölgəsində baş verən sel fəlakəti qorxulu həddə çatıb.

Dövlət televiziyası sel sularının artması və bəndin daşması ilə meydana gələn fəlakətdə həyatını itirənlərin sayının 42 olduğunu açıqlayıb.

Səlahiyyətlilər ölənlərin sayının artacağından narahat olsa da, çox sayda insanın xəstəxanaya yerləşdirildiyi açıqlanıb.

Son bir aydır leysan yağışlara məruz qalan bölgədə 100-dən çox insan həyatını itirib.
 
Hökumət 131 min insanın evlərindən təxliyə edildiyini açıqlayarkən, Tanzaniya, Burundi kimi bölgə ölkələrində də çox sayda insanın həyatını itirdiyi açıqlanıb.

Sel sularının bir çox körpü və yolu yararsız hala gətirdiyi bildirilərkən, paytaxt Nayrobidə hava limanının uçuş-enmə zolağının bəzi hissələrinin su altında qaldığı, lakin uçuşların davam etdiyi açıqlanıb.
 
Mikayıl
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla