AZ

"Neftçi"nin yeni patronunun adı niyə hələ də açıqlanmır?

«Neftçi»nin Müşahidə Şurasının yeni sədrinin seçilməsi may ayında gerçəkləşməyə bilər.

Bu haqda saytımıza yeni məlumat daxil olub.

Redaksiyamızın əldə etdiyi informasiyaya görə, SOCAR başbilənləri bu məsələdə tələsik qərar vermək istəmir və mövsümün sonunu gözləyir.

Bununla bağlı neft şirkətində toplantı keçirilib, məsləhətləşmələr aparılıb.

Klubun sponsorları bir neçə namizədin üzərində dayanıb, onlardan birinin kimliyi isə ötən həftələrdən bəllidir – Bakı Neft Emalı zavodunun direktoru Xəyal Cəfərov.

Aprelin 2-də AFFA İcraiyyə Komitəsinə üzv seçilən X.Cəfərovla yanaşı, SOCAR-ın daha 2-3 səlahiyyətli fiquru sədr vəzifəsinə namzəddir.

Klubun Müşahidə Şurasının sədri Rövşən Nəcəf aprelin 2-də AFFA-nın başına keçib. Şuranın üzvü Səməd Qurbanov da adıçəkilən qurumda İcraiyyə Komitəsinə üzv seçilib.

SPORTİNFO.AZ

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla