AZ

“Resant Group”la keçmiş işçisi arasında qalmaqal

Azərbaycanda böyük otellər və restoranlar şəbəkəsinə malik “Resant Group” MMC ilə keçmiş işçisi arasında qalmaqal yaranıb. 

Valyuta.az xəbər verir ki, şirkətin rəhbərliyi Heydər Fərəclinin işdən çıxarıb. 

O, isə bu qərarı qanunsuz hesab edərək məhkəməyə müraciət edib. 

Heydər Fərəclinin iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır. 

Onun iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq. 

“Resant Group” MMC 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 manatdır. Şirkət Rüstəmov Emin Pənah oğlunun adına qeydiyyatdadır. 

“Resant Group”a “Ramada”, “İntercontinental”, “Sheki Palace”, “Mambo Beach”, “İstanbul Meyhane”, “Baku Voice Rooms”, “Harrison” və s. kimi bir çox hotel, restoran, çimərlik, gözəllik və spa mərkəzləri daxildir.

Hüseyn

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla

Reytinq