AZ

“Bu, işğaldan azad edilən ərazilərin enerji ilə fasiləsiz təminatına imkan verəcək”

Bu ilin sonuna kimi Kəlbəcərdə daha 4 SES-in istismara veriləcəyi planlaşdırılır.

 

Məlum fakt ölkəmizin enerji gücünün sürətlə artmasının göstəricisi hesab oluna bilərmi?

 

Moderator.az-a açıqlama verən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov Kəlbəcərdə yeni SES-lərin istismarının mühüm önəm kəsb etdiyini bildirib:

 

“Alternativ mənbələrdən enerji istehsalının artırılması Azərbaycan üçün prioritet məsələlərdəndir.

 

2030-cu ilədək Azərbaycan ümumi enerji istehsalında yaşıl enerjinin payını 30%-ə çatdırmaq niyyətindədir. Eyni zamanda, Azərbaycanda istilik effekti yaradan qazların emmisiyasının 35% azaldılması nəzərdə tutulur. Bu da kifayət qədər “yaşıl zona”nın yaradılması baxımından vacib hədəflərdəndir.

 

Kəlbəcərdə 4 SES-in istismara verilməsi Şərqi Zəngəzurun, eyni zamanda Qarabağın enerji təminatı baxımından çox önəmlidir. Bu, ölkəmzin enerji istehsalına gətirib çıxarmaqla yanaşı, həm də işğaldan azad olunmuş ərazilərimizin enerji təminatı baxımından vacib bir hadisədir. Bu, imkan verəcək ki, işğaldan azad edilən əraziləri fasiləsiz şəkildə enerji ilə təmin edək”.

 

Seymur ƏLİYEV

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla