AZ

Salahla Kloppa məsləhət: “Son həftələrin dadını çıxartsınlar”

“Liverpul”un əfsanələrindən olan Ceymi Karrager komandada baş verən son insidentdən danışıb.

Futbolinfo.az xəbər verir ki, mersisaydlıların “Vest Hem”lə 2:2 hesabı ilə başa çatan son matçında qalmaqal yaşanmışdı. Son dəqiqələrdə meydana çıxan Məhəmməd Salah əvəzetmə zamanı baş məşqçi Yürgen Kloppla dalaşmışdı. Alman mütəxəssisə uca səslə etiraz edən misirli futbolçu ehtiyatda saxlanılmasından narazı idi.

Karrager onların hər ikisinə sahib çıxıb: “Salah ve Klopp “Liverpul”un əfsanələridir. Onlardan hansınınsa tərəfini tutmağa gərək yoxdur. Salah oynamadığı üçün məyus və hirsli idi. Həmin anda hisslərini büruzə verdi. Klopp da bu etirazı anlayışla qəbul etdi. Futbolçu matçdan sonra verdiyi açıqlamada da düzgün davranmadı”.

Sabiq yarımmüdafiəçi məsləhətini də verib: “Yaxşı olardı ki, məsələni öz aralarında həll etsinlər və birgə olduqları son həftələrin dadını çıxartsınlar. Klubun uğurları baxımından bir-birinə xeyli yardım ediblər və həmin günləri unutmaq olmaz”.

Xatırladaq ki, Klopp mövsümün sonunda “Liverpul”un baş məşqçi postundan ayrılacağını açıqlayıb. Salahın isə Səudiyyə Ərəbistanı klublarından birinə keçəcəyi deyilir.

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla