AZ

Onlara şəhidik statusunun verilməsi... – Hərbi ekspert

44 günlük Vətən müharibəsində itkin düşmüş 6 hərbçiyə şəhid statusu verilib. Bununla bağlı Herbiand.az-a açıqlama verən hərbi ekspert Anar Şuşalı bildirib ki, ümumiyyətlə I və II Qarabağ müharibəsində hərbçilərimiz itkin düşüb:

“Bildiyimiz kimi son günlərdə azad olunmuş ərazilərdə kütləvi məzarlıqlar aşkar olunur. Və həmin insanların aşkar olunması üçün tibbi müayinələrə aparılır. Onlar arasında I Qarabağ savaşında itkin düşmüş hərbçilərimiz də var. Vətən müharibəsində isə 6 nəfər hərbçimiz itkin düşüb ki, onlardan 4 nəfəri əsgər, 1 nəfəri MAXE, 1 nəfəri isə zabitdir. Və bu hərbçilərə o zaman şəhidlik statusu verilir ki, Müdafiə Nazirliyi həmin şəxslər haqqında  məhkəməyə müraciət edir və məhkəmə qərar verdikdən sonra onlara şəhidlik statusu verilir”.

Elnurə İSAXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla