AZ

İtaliya klubu Arda Güləri istəyir

Arda Gülərin gələn mövsüm “Real”da qalıb-qalmayacağı mövsümün sonlarındakı performansından asılı olacaq.

Msport.az xəbər verir ki, baş məşqçi Karlo Ançelotti gənc oyunçunu ixtiyarında saxlamağı düşünür.

Lakin az oyun vaxtı əldə etdiyindən, futbolçu fərqli qərara gələ bilər. “Kral klubu”nun üzvü artıq ilk təklifi də alıb. Belə ki, “Napoli” 19 yaşlı yarımmüdafiəçini yayda icarəyə götürmək niyyətindədi. Ancaq madridlilər hələlik buna cavab verməyə tələsmir.

Qeyd edək ki, Arda Gülər bu mövsüm “Real”ın heyətində 8 oyun keçirib.

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla