AZ

Günü-gündən güclənən Azərbaycan dünyanın diqqət mərkəzindədir: “Onlar ölkəmizin potensialından yararlanmağa çalışır”

“Bu gün Azərbaycan həm Türk Dünyasının, həm də Mərkəzi Asiyanın əsas diqqət mərkəzində olan ölkədir. Təkcə son bir il ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, həmin ölkə rəhbərlərinin isə Azərbaycana səfərləri reallaşıb. Bu səfərlər kontekstində Azərbaycanın geopolitik mövqeyi xarici ölkə rəhbərləri tərəfindən çox yüksək qiymətləndirilib”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu gün Qərblə Şərqin kəsişmə qovşağında xüsusi dəyərə malik olması,  mövqelərinin getdikcə yüksəlməsi beynəlxalq  birlik tərəfindən diqqətlə izlənilir:

“Eyni zamanda, Azərbaycan Prezident İlham Əliyev tərəfindən Türk Dünyasına inteqrasiyanın əsas siyasi konturlarından biri kimi müəyyənləşdirib. Təkcə Türk Dünyası deyil, bütövlükdə Tacikistan da daxil olmaqla, Azərbaycan Mərkəzi Asiya ilə kifayət qədər güclü əlaqələr formalaşdırıb. Bu da Azərbaycanın təkcə siyasi deyil, həm də iqtisadi baxımdan dünyanın diqqət mərkəzində olduğunu göstərir. Özəlliklə Azərbaycanın həm ənənəvi enerji məhsulları üzrə, həm də alternativ enerji məhsulları üzrə dəyərinin artması, dünyanın iqtisadi münasibətlər sistemində vacib nöqtələrə gəlməsi Mərkəzi Asiya ölkələrinin diqqətinə səbəb olur. Eyni zamanda, bu ölkələr Azərbaycanın potensialından maksimum yararlanmağa çalışır və Avropa ilə əsas qapı ölkələrindən biri kimi dəyərləndirirlər. Bu baxımdan da güclənən Azərbaycanın Mərkəzi Asiya  ilə əlaqələri kontekstində Tacikistan rəhbərinin də ölkəmizə səfəri müstəsna əhəmiyyəti malikdir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla