AZ

Azad edilmiş ərazilərdə daha 159 mina, 380 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (22.04.2024 - 28.04.2024) açıqlanıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 59 piyada əleyhinə mina, 100 tank əleyhinə mina, 380 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 245 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Azad
Seçilən
95
49
Mənbələr
Şərh ()
Bağla