AZ

Qazaxın əvvəllər Ermənistanla təmas xətti olmuş ərazisində mina partlayıb, DSX hərbçisi xəsarət alıb - YENİLƏNİB

Qazaxda Ermənistanla təmas xətti olmuş ərazidə mina partlayışı zamanı xəsarət alan 2004-cü il təvəllüdlü şəxs aprelin 29-da saat 10:10 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Gətirilən zaman vəziyyəti-ağır, huşu aydın, sol ayağının pəncəsinin travmatik amputasiyası, yara yerinin arterial qanaxması, yara yeri çirkli olub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir", məlumatda deyilir.

***

13.54

Aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlayıb.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

Məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır.

Seçilən
155
16
Mənbələr
Şərh ()
Bağla