AZ

Qazaxıstan Azərbaycan-Ermənistan danışıqlarında vasitəçi olmayacaq

Astana. Trend:

Bakı-İrəvan danışıqları müstəsna olaraq tərəflər arasındaaparılacaq, Astananın vasitəçiliyindən söhbət getmir.

Trend xəbərverir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsminümayəndəsi Aybek Smadiyarov brifinqdə deyib.

"Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev həm Bakıya, həm dəİrəvana son səfərlərində bu ölkələr arasında tez bir zamandadavamlı və uzunmüddətli sülhün bərqərar olmasının vacibliyini qeydedib, eləcə də Qazaxıstanın danışıqlar üçün platforma təmin etməkləköməklik göstərməyə hazır olduğunu bildirib. Həqiqətən bizdəAlmatıda bu cür danışıqlar planlaşdırılır. Hazırda Azərbaycan vəErmənistandakı həmkarlarımızla əlaqədəyik. Qarşıdakı danışıqlarmüstəsna olaraq tərəflər arasında keçiriləcək. Yəni qeyd etməkistərdim ki, Astananın vasitəçiliyindən söhbət getmir", - odeyib.

Onun sözlərinə görə, Qazaxıstan "good offices" adlanan xoş məramxidmətləri göstərir.

"Daha ətraflı məlumatı əlavə olaraq verəcəyik", - o deyib.

Qazaxıstan XİN-in rəsmi nümayəndəsi həmçinin, görüşün tarixininhazırda müəyyənləşdirildiyini qeyd edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
7
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq