AZ

Şotlandiyanın Baş naziri istefa verib

Şotlandiyanın Baş naziri Humza Yousaf istefa verib.

"İki sahil" "Reuters"ə istinadən xəbər verir ki, Humza Yousaf Şotlandiya Yaşılları ilə koalisiya razılaşmasını ləğv etdiyi bir həftəlik xaosdan sonra müstəqillik tərəfdarı olan Şotlandiya Milli Partiyasının (SNP) rəhbəri vəzifəsindən istefa verib.

O, Şotlandiya hökumətinə başqa birinin rəhbərlik etməsinin vaxtının çatdığını deyib.

Qeyd edək ki, Humza Yousaf Şotlandiyanın 6-cı Baş naziri olub və 2023-cü il martın 29-da vəzifəyə gəlib.

Seçilən
62
8
Mənbələr
Şərh ()
Bağla