AZ

Hərbi ekspert: Prossesi gecikdirən amillərdən biri də,...

II  Qarabağ müharibəsi zamanı  Azərbaycan  Ordusunun 6 hərbi qulluqçusu itkin düşmüşdü.  4 il sonra itkin düşmüş həmin  hərbi qulluqçularımıza şəhidlik status verilib. Həmin şəxslərə şəhidlik statusunun verilmə prosesinin bu qədər uzun çəkməsinin  səbəbi nə ola bilər?

Mövzu ilə bağlı sualımızı cavablayan hərbi ekspert  Azər Bayramov qeyd etdi ki, Müdaifə Nazirliyi hərbi qulluqçuların müharibə  və ya  döyüş şəraitində itkin düşməsi ilə bağlı rəsmi şəkildə aidiyyatı qurumlara müraciət  edir:

“Edilən müraciətdən  sonra onların axtarış prosesi həyata keçirilir. Bu proses 6 ay nəticə vermədikdə isə məhkəmə şəhidlik statusunun verilməsi ilə bağlı qərar qəbul edə bilər. Aidiyyatı qurumlara müraciətlə yanaşı Azərbaycan tərəfi  həmin şəxslərin Ermənistanda  əsir  götürülənlərin arasında axatarılması  və yaxud hər hansı bir şəkildə  Ermənistan ərazisində olub-olması ilə bağlı bağlı BQXK müraciət etmişdi. Onların müraciət əsasında axtarış aparması, bizə rəsmi cavab verməsi də buna təsir etdi. Prossesi gecikdirən amillərdən biri də, işğaldan azad edilən ərazidə oların axtarılması üçün öncə həmin ərazilərin  minalardan təmizlənməsi lazım idi. Bu da kifayət qədər vaxt aparan prosesdir”.

 Ekspert qeyd edib ki, məhkəmin itkin düşmüş hərbi qulluqçular ilə bağlı  də konkret bir qərar çıxarması üçün zaman məhdudiyyəti yoxdur :

“Araşdırmanın  aparılması , qərarın qəbul edilməsi  məhkəmənin insiyativində  olan məsələdir. II Qarabağ müharibəsi zamanı şəhidlik statusunun verilməsi ilə bağlı problem qəti şəkildə olmadı. İtkin düşən hərbi qulluqçulara  şəhidlik stausu verilsə də, onların tapılması istiqamətində zəruri işlər davam etdirilir”.

Emin ŞİRVANZADƏ

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq