AZ

Qazaxıstan Azərbaycan-Ermənistan danışıqlarında vasitəçi olacaq? - Rəsmi Astana açıqladı

Bakı-İrəvan danışıqları müstəsna olaraq tərəflər arasında aparılacaq, Astananın vasitəçiliyindən söhbət getmir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinqdə deyib.

"Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev həm Bakıya, həm də İrəvana son səfərlərində bu ölkələr arasında tez bir zamanda davamlı və uzunmüddətli sülhün bərqərar olmasının vacibliyini qeyd edib, eləcə də Qazaxıstanın danışıqlar üçün platforma təmin etməklə köməklik göstərməyə hazır olduğunu bildirib. Həqiqətən bizdə Almatıda bu cür danışıqlar planlaşdırılır. Hazırda Azərbaycan və Ermənistandakı həmkarlarımızla əlaqədəyik. Qarşıdakı danışıqlar müstəsna olaraq tərəflər arasında keçiriləcək. Yəni qeyd etmək istərdim ki, Astananın vasitəçiliyindən söhbət getmir", - o deyib.

Onun sözlərinə görə, Qazaxıstan "good offices" adlanan xoş məram xidmətləri göstərir.

"Daha ətraflı məlumatı əlavə olaraq verəcəyik", - o deyib.

Qazaxıstan XİN-in rəsmi nümayəndəsi həmçinin, görüşün tarixinin hazırda müəyyənləşdirildiyini qeyd edib.

Seçilən
1
3
Mənbələr
Şərh ()
Bağla