AZ

Paşinyan Qıcılhacılıya polis qüvvələri yeridib - Erməni deputat

"Berkaberə (Qızılhacılı - red.) polis qüvvələri yeridilib və məndə olan məlumata görə, hazırda aktiv minatəmizləmə işləri aparılır".

Bakupost.az news.az-a istinadla xəbər verir ki, bunu bu gün Xeyrimlidə (Kirants) olan deputat Qarnik Danielyan bildirib.

“Minaları niyə təmizləyirlər? Ona görə ki yeni bir soyqırımı törətsin deyə türkü bura gətirsnlər? Azərbaycan öz sərhədindən heç olmasa, bir mina çıxarıbmı? Xeyr, çıxarmayıb. Bütün minalar və müdafiə xətləri olduğu kimi saxlanılıb. Baş verənlər demarkasiya və ya delimitasiya deyil. Artıq azərbaycanlılar burada özlərini ağa kimi hiss edirlər. Qarşılıqlı kompromislər haqqında düşünmürlər. Onlar addım-addım irəliləmək istəyirlər”, - deyə erməni saytı revanşist əhval-ruhiyyəli deputatdan sitat gətirib.

O qeyd edib ki, Ermənistan hakimiyyəti Azərbaycanın irəliləməsi üçün əlindən gələni edir:

"Azərbaycanlılar istədiklərini edəcəklər. Nə müdafiə xətti, nə mina, nə də tikanlı məftillər var".



Zaur
BakuPost
Seçilən
13
25
Mənbələr
Şərh ()
Bağla