AZ

NATO-nun yeni baş katibi seçilib

Niderlandın baş nazir vəzifəsini icra edən Mark Rutte NATO-nun baş katibi vəzifəsinə təyin edilib.

Editor.az bildirir ki, bu barədə NOS telekanalı mənbələrə istinadən xəbər verir. Ötən həftə Rutte Türkiyəyə səfər edib və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüş zamanı cənab Ərdoğan siyasətçi ilə əl sıxmaqdan imtina etsə də, onlar daha sonra şəkil çəkdirmək üçün əl sıxıblar.

NOS qeyd edib ki, Türkiyə hələ Rutteyə dəstək ifadə etməyən son dörd NATO ölkəsindən biri idi. Kanal xəbər verir ki, “Türkiyənin öhdəliyi Ruttenin NATO-nun baş katibi olmaq axtarışında mühüm addımdır”. İndi o, sadəcə olaraq Macarıstan, Slovakiya və Rumıniya hakimiyyətlərinin dəstəyini almalıdır. NATO-nun baş katibi vəzifəsinə təyin olunmaq üçün onun namizədliyi alyansa üzv olan 32 ölkənin hamısı tərəfindən yekdilliklə təsdiqlənməlidir.

Xatırladaq ki, fevral ayında Almaniya, ABŞ və Böyük Britaniya rəsmi olaraq Mark Ruttenin namizədliyini dəstəkləyib. “Reuters” mənbələri Fransanın da onun təyinatını dəstəklədiyini bildirib. “Politico” yazıb ki, NATO ölkələrinin üçdə ikisi Ruttenin baş katib vəzifəsinə təyin olunmasının tərəfdarıdır. Hazırkı baş katib Yens Stoltenberqin səlahiyyət müddəti oktyabrda başa çatır.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla