AZ

Moda dünyasında "idrar ləkəli" şalvar

Yeni çıxan və bazarda olmayan sidik ləkəli cins şalvarlar moda həvəskarlarını iki yerə bölüb.

News24.az xəbər verir ki, ilk dəfə ötən il Milan Moda Həftəsində təqdim edilən və bu il bir marka tərəfindən satışa çıxarılan cins şalvar 608 dollara satılır. 

Şalvarın paça nahiyəsindəki parça daha tünd və sidik ləkəsi kimi görünür. Bəzi istehlakçılar buna reaksiya göstərsə də, şalvarın zəif satıldığı öyrənilib. Sosial mediada reaksiyalar ehtiva edən şərhlər edilərkən, satış rəqəmləri şalvarın məşhur olduğunu ortaya qoyur.

Əslində, bütün bu konsepsiyanın beyni əvvəllər televiziyada bu barədə zarafat edən komediyaçı Tim Robinson olub.

Tanınmış komediyaçı öz şousunda kişilərə bir az dağınıq olduqlarını ört-basdır etməyə kömək etmək üçün çirkli şalvar satan bir veb sayt ideyası təqdim edib.

İndi isə bu zarafat "sidiklə ləkələnmiş" cins şalvarla gerçəkləşib.

Günel Məlikzadə

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla