AZ

Paşinyan Putinin andiçmə mərasiminə gedəcək?

Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə saat 12.00-da baş tutacaq.

"Unikal" xəbər verir ki, Rusiyada keçirilən prezident seçkilərindən sonra gündəmdə olan məsələlərdən biri də Nikol Paşinyanın mərasimdə iştirak etmək üçün Rusiyaya gedib-getməyəcəyi olub.

Ermənistan mediası iddia edir ki, Paşinyan hazırda getməməyə qərar verib.

"Ermənistan mahiyyətcə, bir daha göstərmək istəyir ki, müttəfiq kimi Rusiyadan narazıdır", - KİV-lərdən biri yazıb. 

Saytın mənbəsinin məlumatına görə, Paşinyan yalnız mayın 8-də Avrasiya İqtisadi İttifaqının 10 illiyi ilə bağlı yubiley sammitində iştirak etmək üçün Rusiyada olacaq. Ancaq Paşinyan mayın 9-da Qələbə günü ilə bağlı təşkil olunan tədbirlərdə iştirak etməyəcək. 

Gülayə Mecid 

Seçilən
45
50
Mənbələr
Şərh ()
Bağla