AZ

Qazaxıstan XİN: Bakı ilə İrəvan arasında danışıqlarda vasitəçi olmayacağıq

Azərbaycan və Ermənistan arasında gözlənilən danışıqlar yalnız tərəflər arasında aparılacaq, Astananın vasitəçiliyindən söhbət getmir.

7News.Az "Sputnik-Kazaxstan”a istinadən xəbər verir ki, bu barədə Astanada keçirdiyi brifinqdə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

"Həqiqətən də Almatıda belə danışıqlar planlaşdırılır. Azərbaycan və Ermənistandakı həmkarlarımızla əlaqə saxlayırıq. Qarşıdakı danışıqlar yalnız tərəflər arasında aparılacaq. Astananın vasitəçiliyindən söhbət getmir. Biz yalnız xoşməramlı xidmətlər təqdim edirik – necə deyərlər "good Office”, - o bildirib.

Məlumatda o da bildirilib ki, Qazaxıstan XİN məsələ ilə bağlı daha ətraflı məlumat verəcək. Danışıqların tarixi hələlik məlum deyil.

"Əgər bu iki tərəf sülhə nail olarsa və müvafiq razılaşma əldə oluarsa, müsbət təsir təkcə Qazaxıstana deyil, bütün regiona təsir edəcək”, - A.Smadiyarov qeyd edib.
 
 
 

Seçilən
38
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq