AZ

NASA AÇIQLADI: 225 milyon kilometr uzaqlıqdan lazer mesajı Yerə çatdı

NASA-da çalışan elm adamları 225 milyon kilometr məsafədən Yerə lazer mesajının çatdırıldığını açıqlayıblar.

Yenicag.az xəbər verir ki, Yerlə Günəş arasındakı məsafənin 1,5 qatı olan bu məsafədən gələn mesaj NASA-nın “Psyche” kosmik gəmisi tərəfindən göndərilib.

NASA-dan qeyd edilib ki, bu uğur Marsa gələcək missiyalara yol aça bilər.

Bu nailiyyət kosmik gəmilərin gələcəkdə optik rabitədən necə istifadə edə biləcəyinə dair fikir verir.

Bu proses yüksək rezolyusiyaya malik şəkillər və videoların daha yüksək məlumat sürətində əlaqə saxlamasına imkan verir. O, həmçinin bəşəriyyətin irəliyə doğru növbəti nəhəng sıçrayışını dəstəkləyir; insanları Marsa göndərir.

Lazer mesajı hazırda “Psyche” kosmik gəmisində olan NASA-nın “Deep Space Optical Communications” qəbuledicisi tərəfindən Yerə ötürülüb.

Əvvəllər NASA Yerdən kənara çıxan missiyalarla əlaqə saxlamaq üçün yalnız radio dalğalarından istifadə edirdi.

Seçilən
9
1
Mənbələr
Şərh ()
Bağla