AZ

Anar Məmmədli saxlanılıb

Anar Məmmədlinin Teymur Əliyev küçəsi istiqamətində maşına basılararaq aparıldığı bildirilir.

Bu barədə hüquq müdafiəçisi Bəşir Süleymanlı məlumat yayıb. 

Onunla əlaqə saxlamaq mümkün deyil. 

Anar Məmmədlinin azyaşlı övladının yanında saxlanıldığı bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Anar Məmmədlinin saxlanılmasını təsdiqləyib. 

Bildirilir ki, hazırda onun evində axtarış aparılır. 

Vəkil Elçin Sadıqov Anar Məmmədlinin evindəki axtarışa buraxılmadığını deyir.

Bu barədə vəkil sosial media hesabında məlumat yayıb.

"Vəkil orderim və vəsiqəmlə birlikdə Anar Məmmədlinin evin yaxınlaşsam da hələ ki polis məni Anar Məmmədli ilə görüşə və axtarış götürmədə iştirakıma icazə vermir", - deyə o qeyd edib.
Seçilən
21
Mənbələr
Şərh ()
Bağla

Reytinq