AZ

İsraildən səfirliklərə həbs xəbərdarlığı: Hazır olun

İsrail Beynəlxalq Cinayət Məhkəməsinin Baş nazir Benyamin Netanyahu haqqında mümkün həbs qərarına qarşı intensiv diplomatiya aparır.
 
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, "The Times of Israel” qəzetinə danışan adı açıqlanmayan yüksək rütbəli İsrail rəsmisi bildirib ki, İsrail Milli Təhlükəsizlik Şurası mümkün həbs qərarının qarşısını almaq üçün kampaniya aparır.
 
İsrail rəsmisi BCM-nin mümkün həbs qərarının əsasını təşkil edəcək əsas elementin İsrailin "Qəzzada fələstinliləri qəsdən aclıqdan öldürməsi” olacağını vurğulayıb və ABŞ-nin mümkün həbs qərarının qarşısını almaq üçün diplomatik səylər göstərdiyinə dair iddiaları təsdiqləyib.

İsrail Xarici İşlər Nazirliyi dünyadakı səfirliklərindən Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən İsrail rəsmiləri haqqında həbs qərarı çıxarsa, yarana biləcək fəsadlara hazır olmalarını istəyib.
 
Nazirlikdən verilən yazılı açıqlamada "Xarici İşlər Naziri Yisrael Katz bütün İsrail missiyalarına antisemitizm və anti-İsrail hadisələrinin ciddi dalğasına qarşı dərhal hazırlaşmağı tapşırıb” - deyə bildirilib.

İsrailli hərbi analitik Amos Harel Haaretzdə dərc olunan məqaləsində bildirib ki, Təl-Əviv administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xanın Netanyahu, müdafiə naziri Yoav Qallant və Baş Qərargah rəisi Herzi Halevi üçün həbs orderi verə biləcəyi ehtimalı ilə işləyir.
  
 

Seçilən
7
1
Mənbələr
Şərh ()
Bağla