AZ

Hamilə qadına səhvən Hepatit C diaqnuzu qoyuldu - xəstəxana 20 min cərimələndi

Gəncə Memorial Hospitalına İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə (Əmək qanunvericiliyinin pozulması) 20 min manat məbləğində inzibati cərimə tətbiq edilib. 

"Qaynarinfo"nun məlumatına görə, hospitalın cərimlənməsinin səbəbi Gülnarə Əliyeva adlı pasiyentə səhv diaqnozun qoyulmasıdır. 

Gülnarə Əliyeva hamiləliyi ilə əlaqədar 10 sentyabr 2023-cü ildə Gəncə Memorial Hospitalında endokrinoloq Aytən Rzayevanın qəbuluna yazılıb. 

Həkimin tapşırığı ilə pasiyent Gəncə Memorial Hospitalında hormonal müayinələrdən, infeksiyadan, biokimyadan və koaquloqrammadan analizlər verib. 

Xəstə analizlərin cavablarını götürüb Aytən həkimə göstərəndə eşitdiyindən stressə düşüb. Analizinin nəticəsinə görə onda 3,36 nti-HCV total virusu, yəni Hepatit C virusu aşkar edilib. 

Pasiyent 11 sentyabr tarixində sözügedən xəstəxanada yenidən hormonal müayinələrdən, infeksiyadan, biokimyadan və koaquloqrammadan analizlər verib. 

O, həmçinin Gəncədə daha bir özəl xəstəxanada eyni analizləri verib. 

Analizlərin cavabında Gülnarə Əliyevanın Hepatit C virusu olmadığı müəyyən edilib. 



Gülnarə Əliyeva öz narazılığını bildirmək üçün hospitalın baş həkimi Kənan Hicran oğlu Hacıyev ilə görüşüb. 

Kənan Hacıyev eyni zamanda hospitalda laboratoriya şöbəsinin müdiri vəzifəsini də icra etdiyindən məsələni daha da aydınlaşdırmaq üçün Gülnarə Əliyevanın analizlərini Bakı Memorial Hospitalına göndərib və cavabda Hepatit C virusu aşkarlanmayıb. 

Gülnarə Əliyeva Gəncə Memorial Hospitalının laboratoriya cavabına inanmadığını və ona stress yaşatdıqları üçün xəstəxananın baş həkimindən analizlər üçün ödədiyi 271 manat pulununu geri tələb edib. Kənan Hacıyev isə vəsaiti qaytarmaqdan imtina edib. 

Qadın məcbur olaraq hüquq-mühafizə orqanlarına şikayət edib. İş prokuororluqda araşdırılıb və baxılması üçün məhkəməyə göndərilib. 

Hakim Liza Xanməmmədovanın Gəncə Şəhər Məhkəməsində sədrliyi ilə keçirilən iclasda işin əsas mahiyyəti zərərçəkmiş pasiyent tanınsa da, qəbul olunan qərar başqa olub. Məlum olub ki, endokrinoloq Aytən Rzayeva Bakıda fəaliyyət göstərib. 

O, 2022-2023-cü illər ərzində əmək müqaviləsi bağlamadan Gəncə Memorial Hospitalında qonaq qismində mütəmadi olaraq qəbul keçirib. 

Gülnarə Əliyeva onun məsləhəti ilə Gəncə Memorial Hospitalında analizlər verib və nəticədə həkim səhlənkərlığı ilə üzləşib. Ona görə də Gəncə Memorial Hospitalının rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci mаddəsi ilə təqsirli bilinib, hüquqi şəxs qismində 20 min manat manat məbləğində inzibati cərimə edilib.

"Memorial Klinik"larının sahibi Mahir Teymur oğlu Ramazanovdur. 

Seçilən
28
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
25850
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
24901
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18096
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14080
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
13809
Sabah 20 dərəcə isti olacaq
9314
May ayında Azərbaycana qar yağdı - VİDEO
8643
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8403
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8274
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7119
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7048
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6955
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6711
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6325
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6280
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6277
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5900
Azərbaycan nefti ucuzlaşıb
5769
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5593
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5593