AZ

Məşhur aktyor cinsi təcavüz iddiası ilə nəzarətə götürülüb

Fransalı aktyor Jerar Depardye cinsi təcavüz iddiası ilə Parisdə nəzarətə götürülüb.

Editor.az BFMTV kanalına istinadən xəbər verir ki, bu gün, aprelin 29-da o, dindirilmək üçün polis idarəsinə çağırılıb. Jerar Depardye iki qadın tərəfindən cinsi təcavüzdə ittiham olunur.

Onların sözlərinə görə, ilk insident 2014-cü ildə “Sehrbaz və Siamlılar” filminin çəkiliş meydançasında, ikincisi isə 2021-ci ildə “Yaşıl Panjurlar” filminin çəkiliş meydançasında baş verib. 75 yaşlı aktyor bütün ittihamları rədd edir.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla