AZ

Almatı görüşündən gözləntilər nədir? - RƏY

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov Almatıda görüşəcəklər.

Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki ,Almatıda baş tutacaq növbəti görüş tərəflər arasındakı problemlərin vasitəçilərsiz çözülə biləcəyi ilə bağlı prezident İlham Əliyevin irəli sürdüyü təkliflərin tədricən rəsmi İrəvanın özü tərəfindən də müsbət qəbul edilməsinin göstəricisidir:
"Görüş üçün Almatının seçilməsi güman edirik ki,Qazaxıstan prezidenti Tokayevin bu günlərdə Ermənistana olan səfəri zamanı əldə edilmiş razılıqların nəticəsidir.
Danışıqların davamlı və dinamik olması ümumiyyətlə müsbət haldır. Bu regionda baş verən hadisələr ətrafında müzakirələrin aparılması ,fərqli baxışların vaxtında uzlaşdırılması baxımından əhəmiyyətlidir.Tərəflər arasında demarkasiya proseslərinə,onların hansı illərin xəritələri ətrafinda həllinə fərqli baxışlar qalmaqdadır.Lakin Paşinyanın tarixi və ya xəyalı Ermənistan konsepsiyasından imtina edərək rəsmi Bakı ilə münasibətlərin nizamına real Ermənistanın maraqları konteksindən yanaşacağı ilə bağlı açıqlamaları problemlərin həlli üçün müsbət səciyyə təşkil edən müstəvi formatı ehtiva edir və qarşılıqlı maraq doğuran məsələlər ətrafında konstruktiv müzakirələr sülh müqaviləsinin bu ilin sonuna qədər imzalanacağına dair optimist baxışlara əsas verir.Hər şey Paşinyan iqtidarının qlobal güclər və daxildəki millətçi kəsimlə münasibətləri hansı müstəvi uzərində qurmaq bacarığından asılı olacaq"..


BiG.Az
Seçilən
23
Mənbələr
Şərh ()
Bağla