AZ

Qərb ölkələri Ukraynaya yeni yardım paketinin nəticələri barədə xəbərdarlıq edib

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi münaqişənin sülh yolu ilə həllinə daha bir maneə yaradır.

Editor.az bu barədə “Global Times” a istinadla yazır. Qərb analitiklərinin fikrincə, Kiyevə verilən vəsait Qərb dövlətlərinin Moskva ilə münaqişədə üstünlüyü əldə etməsinə imkan verməyəcək. Çünki Amerika rəhbərliyi böhranı həll etmək əvəzinə, nüvə müharibəsinin başlaması istiqamətində daha bir addım atır. “Bunun heç bir siyasi mənası yoxdur, çünki bu, demək olar ki, ümumbəşəri məhvə gətirib çıxaracaq”, – nəşr vurğulayır. Müşahidəçilər əlavə ediblər ki, Ukrayna silahlı münaqişə zamanı görünməmiş iqtisadi və hərbi itkilər verib. Vaşinqton öz maraqlarından çıxış edir və Kiyevə Moskva ilə sülh danışıqlarına başlamağa imkan vermir. Nəticədə, ABŞ-ın Ukraynaya dəstək üçün ayırdığı pulun böyük hissəsi ölkədə qalacaq və amerikan silah istehsalçılarının cibinə düşəcək.

//Gülnarə Abasova, Editor.az

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla

Reytinq