AZ

Xavi: “Serci Robertonun “Barselona”da qalmasını istəyirəm”

“Barselona”nın baş məşqçisi Xavi klubla müqaviləsi gələn ilin yayında başa çatacaq kapitan Serxi Robertonun gələcəyi ilə bağlı danışıb.

Arena.az xəbər verir ki, ispan mütəxəssis 32 yaşlı mərkəz yarımmüdafiəçisinin komandada qalmasını arzuladığını bəyan edib:

“Mən onun müqaviləsini yeniləməsini və qalmasını istəyirəm. İndi hər şey ondan asılıdır. Klub mənim mövqeyimi bilir. Serci bizə çox kömək edə bilər. Ümidvaram ki, qala bilər”, deyə Xavi vurğulayıb.

Xatırladaq ki, Kataloniya klubunun öz yetirməsi olan Serci Roberto 2013-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. O, bu komandanın heyətində bütövlükdə 368 oyun keçirib, 19 qol və 42 məhsuldar ötürmə müəllifi olub.

Serci 2016-cı ilin mart ayında debüt etdiyi İspaniya milli komandasında da 11 oyuna 1 qol vurub.

“Transfermarkt” internet-portalı 32 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
21
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq