AZ

NATO-nun baş katibi: Ukraynaya “Patriot” batareyaları verilməsi prioritet məsələdir

NATO-nun

Bakı, 29 aprel, AZƏRTAC

Ukraynaya “Patriot” zenit batareyalarının tədarükü hazırda NATO üçün prioritet təşkil edir.

AZƏRTAC xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq bu barədə Kiyevə səfəri zamanı iştirak etdiyi mətbuat konfransında bildirib.

Yens Stoltenberq Ukraynadakı hava hücumundan müdafiə sistemlərinin təmirinin də vacib olduğunu vurğulayıb. O, həmçinin müttəfiqlərin Ukraynanın hava hücumundan müdafiə sistemlərini raketlə təchiz etməsini daha bir problem adlandırıb.

NATO-nun baş katibi Kiyevə təkcə “Patriot” zenit-raket komplekslərinin deyil, həm də digər vasitələrin, o cümlədən NASAMS raket hücumundan müdafiə sistemlərinin lazım olduğunu qeyd edib. Onun sözlərinə görə, Ukraynada vacib infrastrukturun müdafiəsi üçün eşelonlu hava hücumundan müdafiə sistemi tələb olunur.

 

 

Seçilən
127
3
Mənbələr
Şərh ()
Bağla