AZ

Ülviyyə Fətəliyeva Avropa çempionu oldu, tarixə düşdü

Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos adasında təşkil edilmiş qadın şahmatçılar arasında Avropa çempionatının qalibi olub.

Arena.az xəbər verir ki, bu gün qitə birinciliyində 10-cu turun oyunları keçirilib.

Yarışı yüksək səviyyədə keçirən azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyeva son turda qara fiqurlarla Gürcüstan şahmatçısı Nino Batsiaşvili ilə heç-heçə oynayıb. Beləliklə, 10 turda ümumilikdə 8,5 xal toplayan Fətəliyeva rəqibləri üçün əlçatmaz olub. Nəticədə o, Avropa çempionatının qızıl medalına layiq görülüb.

Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.

Seçilən
1
19
Mənbələr
Şərh ()
Bağla