AZ

Amerikanın cəbhədə vurulmuş M1 Abrams tankı Moskvaya gətirilib

...Rusların vurduğu, ukraynalıların isə atıb qaçdığı Amerikanın M1 Abrams tankı Moskvaya çatdırılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Mərkəz” qrupunun mətbuat mərkəzinin rəhbəri Aleksandr Savçuk bildirib.

O qeyd edib ki, tezliklə hər kəs onu Poklonnaya təpəsində keçiriləcək sərgidə görə biləcək.

Xatırladaq ki, mayın 1-dən Qələbə Parkında ələ keçirilən texnikanın sərgisi açılacaq.

...Sərgidə ABŞ, Böyük Britaniya, Almaniya və Fransa da daxil olmaqla müxtəlif ölkələrdən... “Leopard” da daxil olmaqla tanklar, 30-dan çox hərbi texnika nümunəsi təqdim olunacaq.

Sərgidə həmçinin Türkiyə, İsveç, Çexoslovakiya, Avstraliya, Avstriya və Ukraynadan da avadanlıqlar olacaq.

Bundan əvvəl TASS xəbər vermişdi ki, Avdeevka yaxınlığından on vahiddən çox zədələnmiş və ya demək olar ki, yanmış texnika çıxarılacaq.

Nazlı

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla