AZ

Erməni aktyor: “Biz bir millət kimi dahi axmaq toplumuq”

“Biz indi dalandayıq. Bizi mkim xilas edəcək, bilmirik”

KONKRET.az xəbər verir ki, bu sözləri erməni aktyor, Ermənistanın xalq artisti Nikolay Çaturyan vurğulayıb.

O daha sonra bunları deyib: Artıq neçə ildir ki, Ermənistan blokadadır. Bu, bizi dəhşətli deqradasiyaya gətirib çıxardı. Biz öz-özümüzü tərifləməyi sevirik. Hətta bu gün dövlətimizin çox çətin vəziyyətində yenə də tərifdən əl çəkmirik. Qürrələnirik ki, bizdə belə talant insanlar olub. Viktor Ambarçumyan, Baracanov kimi şəxsiyyətlərimizlə öyünürük. Mən bununla razıyam. Amma indi Ermənistanda belə talantlar doğulmur. Biz bir millət kimi dahi axmaq toplumuq. Niyə? Ona görə ki, hər yerdə bağırırıq ki, biz 5 min illik tarixə malik millətik. Nə qədər belə boş, axmaq, cəfəng ideyalarla çıxış etməliyik?!

Bir dəfə Norveçdən qonağımız gəlmişdi. Rəsmilər onları tarixi yerlərə aparırdı.Hər yerdə də qonağa başa salırdılar ki, bizi türklər belə əzib, sındırıb, amma biz ayaqüstə qalmışıq, məhv olmamışıq. Bilirsiniz, Norveçdən olan siyasətçi bizə nə dedi? Dedi ki, bununla niyə öyünməlisiniz ki?! Bütün xalqlar bu prosesi keçib, təkcə ermənilər deyil. Siz təsəvüvr edirsinizmi, biz necə pərt olduq! Biz türklərə nifrət edirik, azərbaycanlıları sevmirik, iranlılardan, gürcülərdən də xoşumuz gəlmir. Biz özümüzü böyük xalq hesab edirik, amma heç kimi bəyənmirik. Biz müdrik olmalıyıq. Qonşularımızla yaxı dolanmalıyıq. Ümid edirəm ki, mənasız qürurlu olmaqdan vaz keçəcəyik və daha ciddi işlərlə məşğul olacağıq”.

Natiq Səlim,

KONKRET.az

 

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla