AZ

Neftçalada yük və minik maşınları toqquşdu - Xəsarət alanlar var

Neftçala rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Yük və minik maşınlarının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, yol qəzası bu gün saat 15 radələrində Neftçala rayonunun Həsənabad kənd yolunda qeydə alınıb. Minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində xəsarət alanlar - Əzizov Aqşin və Əzizova Günel Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
3
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq