AZ

Borcların yığılması üzrə xidmətlər göstərən şirkətin qazancı kəskin artıb

Borcların yığılması üzrə xidmətlər göstərən "BOA Agency" ASC 2023-cü ili 2 milyon 411 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 816 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "BOA Agency"nin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 3 dəfəyə yaxın artıb. 

Bu barədə Marja.az Şirkətin illik hesabatına istinadən xəbər verir.

"BOA Agency" ASC-nin əsas əməliyyat gəlirləri 2022-ci ildə 4 milyon 729 min manat ikən, 2023-cü ildə 1,8 dəfə artaraq 8 milyon 15 min manat təşkil edib. 

“BOA  Agentliyi” MMC  2011-ci ildə yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti bütün növ aktivlərin, passivlərin və eləcə də kredit borcların qaytarılması üzrə tam xidmət kompleksinin təşkilidir. "BOA Agency" əsasən kredit müqavilələri və digər əsaslar ilə yaranmış, qanunu qüvvəsini almış müvafiq tələb hüquqlarına mülkiyyət hüququnu əldə edərək onların ödənilməsi sahəsində fəaliyyət göstərir.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla