AZ

Bu ilin ilk rübündə 88 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Bu ilin yanvar-mart ayları ərzində daşınmaz əmlak üzərində 88 013 mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bu göstəricinin 13 540-ı (15,3 faizi) ilkin, 74 473-ü (84,7 faizi) isə təkrar qeydiyyatın payına düşür.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 12 786, mənzil üzərində 19 234, torpaq sahəsi – 53 279, qeyri-yaşayış binası - 744, qeyri-yaşayış sahəsi – 1 814, əmlak kompleksi - 147, çoxmərtəbəli yaşayış binası üzərində isə 9 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 21 664-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Cari ilin ilk rübündə 64 842 texniki pasport tərtib edilib, 16 537 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Seçilən
58
8
Mənbələr
Şərh ()
Bağla