AZ

Boykot KFC-ni yıxır: Bu ölkədə 108 filialı bağlandı

İsrailin Qəzzaya hücumlarına reaksiya vermək və Fələstin xalqını dəstəkləmək üçün Malayziyada başlanan boykotdan sonra KFC bu ölkədə 108 filialını müvəqqəti olaraq bağlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Strait Times” qəzeti məlumat yayıb.

Paytaxt Kuala Lumpurun Jalan İpoh, Jalan Sultan və TÜM Melavati bölgələrində KFC filialları bağlanıb. Əməkdaşlar qeyd ediblər ki, son bir həftədir filiallar müştəri çatışmazlığı səbəbindən bağlanıb.

Malayziyanın Kelantan əyalətində isə filialların 80 faizi bağlanıb. KFC-nin Malayziyada 600-dən çox filialı var.

Qeyd edək ki, oktyabrın 7-də İsrailin Qəzza zolağına qarşı başlatdığı hücumları dəstəkləyən beynəlxalq şirkətlər bütün dünyada boykot və etirazlara məruz qalır.

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq