AZ

Xavi "Barça"nın məqsədlərini AÇIQLADI: "Biz La Liqanı..." 

"Barselona"nın baş məşqçisi Xavi Hernandes komandanın bu mövsümün qalan oyunları üçün hədəfini açıqlayıb.

 

Sfera.az bildirir ki, o, bu barədə oyunöncəsi mətbuat konfransında çıxış edib.

 

Xaviyə görə komandanın məqsədi La Liqanı ikinci kimi bitirmək və İspaniya Superkubokuna vəsiqə qazanmaqdır:

 

"Biz La Liqanı ikinci kimi bitirməli və Superkuboka vəsiqə qazanmalıyıq. Buna nail olmaq üçün "Valensiya"nı məğlub etməliyik".

 

Qeyd edək ki, yanvarda "Barselona"nın baş məşqçisi Xavi mövsümün sonunda komandanı tərk etmək niyyətində olduğunu açıqlamışdı.

 

Lakin tezliklə mütəxəssisin qərarını dəyişdiyi və bundan sonra “blauqrana” ilə işləməyə davam edəcəyi barədə xəbərlər yayıldı.

 

Fatimə Lətif

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla