AZ

Çempionşipdə martın ən yaxşı qolunu türkiyəli futbolçu vurdu

İngiltərənin ikinci divizionunda, yəni çempionşipdə bu mövsüm Türkiyə futbolu da yaxşı şəkildə təmsil olunur.

“Football-plus.az” xəbər verir ki, bilindiyi kimi Acun Ilıcalının sahibi olduğu “Hall Siti” premyer-liqaya vəsiqə uğrunda mübarizə aparır. Bu komandanın heyətində 2 türkiyəli futbolçu – Ozan Tufanla Abdulkadir Ömür forma geyir. Digər çempionşip təmsilçisi “Kardiff Siti”ni türkiyəli mütəxəssis Erol Bulut çalışdırır. “Vest Bromviç”də isə türkiyəli Okay Yokuşlu çıxış edir. 30 yaşlı türkiyəli yarımmüdafiəçi ötən ay baxımlı qol vurmuşdu. Çempionşipin 37-ci turunda “Vest Bromviç” səfərdə “Haddersfild”i 4:1 hesabı ilə darmadağın edərkən uzaq məsafədən fərqlənən Okay komandasının 3-cü qolunun müəllifi olmuşdu. Həmin qol mart ayı üçün çempionşipin ən yaxşı qolu mükafatına layiq görülüb! Təcrübəli futbolçu mükafatı aldıqdan sonra həmin açıqlamasında bunları deyib:
“Belə bir mükafatı qazandığım üçün sevincli və qürurluyam. Həmin qol həm komanda, həm də mənim üçün önəmli idi. Çünki oyundan bir gün öncə mənim ad günüm idi. 30 illik yubileyimə bu qoldan gözəl hədiyyə ola bikməzdi. Topa zərbə endirdiyim anı gözəl xatırlayıram. Topa vuran kimi qol olacağına əmin idim. Karyeramda indiyə qədər vurduğum ən gözəl qollardan biridi”.


Maraqlıdı ki, bu, Yokuşlunun cari mövsüm “Vest Bromviç”in heyətində 44 rəsmi oyunda vurduğu yeganə qoldu. Martın ən yaxşı qolunun seçildiyi səsvermədə Okay komanda yoldaşı Maykl Conston, “Norviç”li Qabriel Sara və KPR-li Cimmi Dannı üstələdi.
Seçilən
31
Mənbələr
Şərh ()
Bağla