AZ

Tacikistan tacikləriə görə Rusiyaya etiraz edir

Rusiya səfiri Semyon Qriqoryev bazar ertəsi Tacikistan Xarici İşlər Nazirliyinə çağırılıb. O, Rusiya ərazisində Tacikistan vətəndaşlarına qarşı “kütləvi şəkildə mənfi münasibətin təzahürü” ilə bağlı etiraz notası təqdim edilib. Xarici İşlər Nazirliyi həmçinin Rusiyada taciklərin hüquq və azadlıqlarının “geniş şəkildə pozulduğunu” açıqlayıb.

Notada qeyd olunur ki, bu cür hərəkətlər yalnız Tacikistan vətəndaşlarına şamil edilir və bu, tacik-rus münasibətlərinin ruhu və ənənələri ilə kökündən bir araya sığmır.

Aprelin 28-də Tacikistan Xarici İşlər Nazirliyi hərtərəfli yoxlamalar nəticəsində minə yaxın respublika vətəndaşının Moskva hava limanlarında ilişib qaldığını bildirib. Bundan əlavə, “Asia-Plus” nəşri yazıb ki, aprelin 22-dən etibarən hərtərəfli giriş yoxlanışı nəticəsində Orenburq vilayətində Qazaxıstan-Rusiya sərhədində Tacikistan dövlət nömrə nişanlı təxminən 180 avtomobil ilişib. Bunun fonunda Tacikistan Xarici İşlər Nazirliyi öz vətəndaşlarına çox zərurət olmadıqca bütün nəqliyyat növləri ilə Rusiyaya getməkdən müvəqqəti imtina etməyi tövsiyə edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yoxlamaları Crocus City Hall-da baş verən terror aktından sonra təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə izah edib. Eyni zamanda, onun sözlərinə görə, bütün bunlar vətəndaşların milliyyətinə aid deyil və müvəqqəti xarakter daşıyır. “Rusiya tərəfi mövcud vəziyyəti mümkün qədər tez həll etmək üçün kompleks tədbirlər görür. Biz sizin anlayışınıza ümid edirik”, – aprelin 27-də xanım Zaxarova bildirib.

Rusiya hakimiyyəti Moskva yaxınlığındakı Crocus City Hallda baş verən terror aktından sonra miqrasiya siyasətinin sərtləşdirilməsini müzakirə etməyə başlayıb. Terrorçu olduğu iddia edilən 4 nəfərin Tacikistan vətəndaşlığı var və şəriklik ittihamı ilə həbs edilənlərin əksəriyyəti bu ölkənin vətəndaşları olub. Aprelin 27-də Dövlət Dumasına əcnəbilərin Rusiyada qalma müddətini il ərzində 90 günə endirən və qeyri-leqal miqrantların ölkədən çıxarılması rejimini tətbiq edən qanun layihəsi təqdim edilib. Rəqəmsal İnkişaf Nazirliyi, öz növbəsində, xarici vətəndaşların Rusiya Federasiyasında SİM kart alarkən biometrik məlumatların təqdim edilməsinə məcbur edilməsini təklif edib. Bundan əlavə, əcnəbilər üçün rus dili imtahanı keçirmək səlahiyyəti olan 12 universitetin hamısı Təhsil və Elm Nazirliyinin rəhbəri Valeri Falkovun tapşırığı ilə kommersiya tərəfdaşları ilə müqavilələrə xitam verib.

SƏBİNƏ

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla