AZ

Komitə sədri İtaliyada Cahangir bəy Kazımbəylinin nəvəsi ilə görüşüb - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İtaliyaya səfəri çərçivəsində Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun komandanı, XX əsr Müqavimət hərəkatının lideri Cahangir bəy Kazımbəylinin varisi Daniel Kazım bəylə görüşüb.

Bu barədə Musavat.com-a komitədən məlumat verilib.

Bildirilib ki, Daniel Kazım bəylə görüşdən məmnunluq ifadə edən komitə sədri köklərimizə, tariximizə hər zaman hörmətlə yanaşıldığını və cümhuriyyətçilərin xaricdə yaşayan varisləri ilə ciddi əlaqələr qurulduğunu nəzərə çatdırıb.

Daniel Kazım bəy ata-babalarının həyat və fəaliyyətinə dair maraqlı tarixi hadisələrdən danışıb, Cümhuriyyət tarixi ilə fəxr etdiyini, Azərbaycan dövlətinin cümhuriyyətçilərin xaricdəki varisləri ilə sıx əlaqə yaratmasının çox mühüm fakt olduğunu dilə gətirib.

Fuad Muradov Daniel Kazım bəyi Azərbaycana dəvət edib, ölkəmizdə heç vaxt olmayan soydaşımızın səfərinin dövlətimiz tərəfindən yüksək səviyyədə təşkil olunacağını, onun həm babalarından yadigar qalan milli-mənəvi mirasla, həm də inkişaf edən güclü, müasir Azərbaycanla daha yaxından tanışlıq imkanı qazanacağını diqqətə çatdırıb.

Xatırladaq ki, Cahangir Kazımbəylinin övladı Mustafa bəyin oğlu olan Daniel Kazım bəy İtalyada tekstil (idman geyimləri) biznesi ilə məşğuldur və onun yaratdığı şirkət soyadına uyğun olaraq "K-BEK" adlanır.

Seçilən
54
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17551
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12503
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7724
May ayında Azərbaycana qar yağdı - VİDEO
7429
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6871
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6798
Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
5621
Sabah 20 dərəcə isti olacaq
5605
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5544
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5424
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5399
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5382
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5289
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5139
Bu yol qovşağında təmir işləri aparılacaq
5127
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4497
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4459
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4458
Azərbaycan nefti ucuzlaşıb
4270
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4133