AZ

Nazirlər Kabineti dəmiryol nəqliyyatı təyinatlı torpaqlar ilə bağlı qərar qəbul edib

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında qərar qəbul edib.

Qərara əsasən:

- “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri” təsdiq ediləcək,

- Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədləri (dəmir yolunun təhkim zolağı və xüsusi mühafizə zonasının da hüdudları, döngə nöqtələri və onların koordinatları göstərilməklə) barədə məlumatlar dövlət torpaq kadastrına daxil ediləcək və həmin torpaqlar üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması təmin olunacaq.

Seçilən
81
22
Mənbələr
Şərh ()
Bağla