AZ

Palladino iddialı komandadan dəvət gözləyir

Raffaele Palladino “Montsa”nı tərk edə bilər. A Seriyası təmsilçisinin baş məşqçisi mövsüm bitən kimi qərarını verəcək.

Futbolinfo.az xəbər verir ki, 40 yaşlı mütəxəssis “Montsa”ya uğurla rəhbərlik etdiyindən daha yaxşı təklif alacağına ümidlidir. İddialı klublardan dəvət olmayacağı halda o, işini elə burada davam etdirəcək. Palladino ölkə xaricində işləmək perspektivini nəzərə alaraq ingilis dilini öyrənməyə başlayıb.

Məşqçiliyə 2021-ci ildə “Montsa”nın 19 yaşlılardan ibarət komandasında başlayan Palladino, 2 əldir əsas komandaya rəhbərlik edir. Onun müqaviləsi bu yay başa çatacaq.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla