AZ

Əfsanəvi telefon geri qayıdır

Bir vaxtlar mobil telefon bazarının lideri olan Nokia-nın ikona düyməli modeli 3210 geri qayıdır. İlk dəfə 1999-cu ildə satışa çıxarılan 3210 ilk satışa çıxarıldığı zaman rəngarəng dizaynı ilə bütün dünyada böyük marağa səbəb olmuşdu.

Nokia "HMD Global" şirkətinin "çətiri" altında fəaliyyətini davam etdirir. Şirkət 3210 modelini bu günün tələblərinə uyğunlaşdırmaq istəyir. Smartfon kimi təsnif edilməyəcək cihaz 4G bağlantısı, Bluetooth dəstəyi, WhatsApp və daha uzunmüddətli batareya ömrü kimi bugünkü standartlara cavab verən xüsusiyyətlər ilə təchiz ediləcək.

Unudulmaz köhnə düymə düzümü saxlanılacaq, arxa tərəfdə 2024-cü ilə uyğun dizayn və köhnə modeldə olmayan arxa kamera yer alacaq. 

Seçilən
76
4
Mənbələr
Şərh ()
Bağla