AZ

“Qələbə”nin taleyinə aydınlıq gəlib: "Lazımı addımları atacağıq”

“Qəbələ-2”nin Əvəzedicilər liqasındakı taleyinə aydınlıq gəlib.

Bu barədə İdman.bizə “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı məlumat verib.

Onun sözlərinə görə, Premyer Liqada sonuncu olan klubuna güzəştin olacağına inanmadığından əvəzedici komandaları fəaliyyətini dayandıracaq: “Akademiyamızda bütün yaş qrupundan olan komandalarımız çempionatda çıxış edəcək. "Qəbələ-2" də artıq "Qəbələ" kimi iştirakını davam etdirəcək. Onsuz da bu komandada olan oyunçuların əsas hissəsi U-19-da çıxış edirdi. Yarısı isə əsas heyətimizlə məşqə çıxırdı. Bu səbəbdən "Qəbələ-2"nin dağılması bizim üçün böyük problem olmayacaq. Orada 3-5 futbolçunun taleyi sual altına düşə bilər. Bizə lazım oyunçuları saxlayıb, digərləri ilə bağlı lazımı addımları atacağıq. Hələlik gələcəklə bağlı nəsə qərarlaşdırmamışıq. I Liqaya uyğun əlimizdə olan materiallarla komanda formalaşdırmağa çalışacağıq”.

Qeyd edək ki, I Liqa klublarının əvəzediciləri heç bir yarışda oynamır. “Qəbələ-2” isə hazırda 2-ci pillədə qərarlaşıb və “Neftçi-2” ilə çempionluq mübarizəsi aparır. Hər iki komanda “üçlük”də yerini, yəni mükafatlardan birini təmin edib.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla