AZ

Gənc yaşda kişilərdə prostatitin-səbəbləri


Gənc kişidə prostat olmaz fikri köhnəlmiş mifdir.


“Medicina” xəbər verir ki, uroloq Yelena Vinoqradova prostat vəzinin iltihabının yaşdan asılı olmadığını bildirib:


“Sidik kisəsi altında yerləşən bu vəzin iltihabının əlamətləri sidiyə getmədə problem, sidik kisəsi nahiyəsində ağrı, beldə ağrıdır.


Hətta yaşınız 30 olsa belə, bu şikayətlər varsa, müvafiq analizlər verilməlidir.

Prostatit ən gənc yaşda da rast gəlinir.

Artıq 30 yaşda prostat vəzinin hiperplaziyası başlayır.

Prostatit gənc yaşda sonsuzluğa səbəb ola bilər. Vaxtında müalicə etdikdə kişini çox fəsadlardan xilas etmək olar. Bu orqanda iltihab digər orqanlara da keçə bilir.

Sidik saxlamama, daşlar və böyrək problemləri olur. Kiçik çanaq orqanlarında durğunluq olan şəxslərdə prostatit daha çox olur”.


Aygün M






Seçilən
74
2
Mənbələr
Şərh ()
Bağla